Parisdəki terror qurbanları anılır - Bakıda

14.11.2015 11:24     Sosreaksiya     1806

Azərbaycanda 13 noyabr Parisdə törədilən terror aktının qurbanlarının anım mərasimi keçirilir.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki,dünən gecədən etibarən Azərbaycandakı Fransa səfirliyinin qarşısına gül dəstələri gətirilir.

Hadisədən dərhal sonra bəzi şəxslər səfirliyin qarşısında şam yandırıblar.

Xatırladaq ki, noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı nəticəsində 150 nəfərədək şəxs həlak olub.

Şərhlər