Arvadını və özünü bıçaqlayan şəxsin cəzası məlum oldu
14.11.2015 12:59 Sosreaksiya 1827
Bakıda arvadını və özünü bıçaqlayan şəxsə qəti cəza təyin olunub.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini Təhmasib Mirzəyevin Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesini həyata keçirilib.
İstintaq materiallarına görə ötən il ailə quran cütlüyün arasında ailə-məişət zəminində mübahisə yaranıb və Təhmasib həyat yoldaşının döş qəfəsinə bıçaqla zərbə endirib. Daha sonra kəsici alətlə öz qarın boşluğuna zərbələr endirib və qollarını kəsib.
Məhkəmə prosesində T.Mirzəyev ittiham üzrə özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib və bağışlanılmasını istəyib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Məhkum hökmdən apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etsə də, Bakı Apelyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Şərhlər