Beynəlxalq Avrasiya Mətbuat Fondu terrorla bağlı bəyanat yaydı
14.11.2015 15:08 Sosreaksiya 1902
Avrasiya Beynəlxalq Mətbuat Fondu (BAMF) Parisdə baş verən dəhşətli terror aktları ilə bağlı bəyanat yayıb.
Reaksiya.az xəbər verir ki, bəyanatda deyilir: "Parisdə baş verən terror hadisəsi nəticəsində günahsız insanlar faciəvi şəkildə qətlə yetirilməsi bütün dünya üçün kədərli bir xəbər oldu. Bu bir terror hadisəsidir və ümumiyyətlə terror 21 ci əsrin böyük bir fəlakətidir! Terrorun vətəni , dini olmur. Biz bu gün dinindən irqindən və milliyətindən asılı olmayaraq terrora qarşı birgə mübarizə aparmalıyıq.
Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq Parisdə terror hadisəsi nəticəsində faciəvi şəkildə həyatlarını itirən insanlara görə təəssüf hissi keçiririk və bu hadisənin baş verməsindən biz də çox üzgünük. “Evdə sülh, ölkədə sülh, cahanda sülh” missiyası ilə illərdir fəaliyyət göstərən BAMF hər hansı baş verən terror hadisəsini lənətləyir".
Şərhlər