Fransada terror zamanı həyatını itirənlər yad edildi - Bakıda

14.11.2015 15:39     Sosreaksiya     1900

Bu gün Azərbaycan Respublikasının Prezilenti yanında Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Parisdə baş vermiş terror aktları ilə əlaqədar başsağlığı vermək və terrorla mübarizədə həmrəylik nümayiş etdirmək üçün yürüş təşkil edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, yürüşdə müxtəlif ali və orta ixtisas təhsili müəssisələrindən olan 100-dək tələbə iştirak edib.

Gənclər Fransanın Bakıdakı səfirliyinin qarşısına gül dəstələri qoyublar. Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib ki, Azərbaycan xalqı da terrora məruz qaldığı üçün aksiya iştirakçıları Parisdə baş vermiş terror aktlarını qətiyyətlə pisləyir.

Qeyd edək ki, “İrəli” Gənclər Birliyinin bir qrup üzvü də Fransa səfirliyinin qarşısına gəlib. Onlar baş vermiş terror hadisəsinə etirazlarını bildiriblər, həyatını itirənlərin xatirəsini yad ediblər.

Şərhlər