Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur - XİN

14.11.2015 17:04     Sosreaksiya     1629

Parisdə baş vermiş terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, bu barədə Azərbaycanın Parisdəki səfirliyinə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir.

Şərhlər