Ata və 11 yaşlı oğlu yandı - Samuxda
16.11.2015 09:49 Sosreaksiya 1874
Samuxda ata və övladı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Samuxun Kolayır kəndində 1974-cü il təvəllüdlü Aftandil Məmmədov sobaya dizel yanacağı əvəzinə səhvən benzin töküb. Güclü alov nəticəsində A. Məmmədov və onun 2004-cü il təvəllüdlü oğlu Əziz Məmmədov müxtəlif yanğın xəsarətləri alıblar.
A. Məmmədov Təcili Tibbi Yardım Xəstəxanasına, övladı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Şərhlər