Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

16.11.2015 10:00     Sosreaksiya     1698

Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülərə alternativ olaraq Qara Qarayev prospekti və Bəkir Çobanzadə küçəsindən istifadə etmələri tövsiyə olunur.

Şərhlər