22 yaşlı oğlan intihar etdi - Bakıda

16.11.2015 10:04     Sosreaksiya     1926

Bakıda intihar hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Suraxanı Rayon Prokurorluğundan verilib.

Məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Sadiq Məmmədli özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər