Fransanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

16.11.2015 13:50     Sosreaksiya     1650

Bu gün Fransanın Azərbaycandakı səfirliyində Parisdə baş verən terror aktı qurbanlarını yad etmək üçün xatirə kitabı açılacaq.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, kitab bir həftə ərzində, saat 15.00-dan axsam saat 18.00-a qədər açıq olacaq. Azərbaycanın dövlət və hökumət nümayəndələri kitaba ürək sözlərini yazmaq üçün səfirliyə gedəcək.

Səfirlikdən həmçinin bildirilib ki, Parisdə baş verən hadisə ilə bağlı səfirlik təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir.

Şərhlər