"Baku Bus" avtobusunun vurduğu kişi öldü - FOTOLAR

22.06.2015 17:27     Sosreaksiya     2429

Bu gün "Baku Bus"un avtobusu yenidən qəza törədib. 

Reaksiya.Az-ın məlumatına görə, bu dəfə hadisə "Nizami" metrosu yaxınlığında qeydə alınıb.

Metro yaxınlığında "Baku-Bus"un səlahiyyətində olan "İveco" markalı avtobus yol kənarında dayanan kişini vurub.

Ağır bədən xəsarətləri alan 50 yaşlı Üzeyir adlı kişi Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Sürücünün avtobusu hadisə yerində qoyub qaçdığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar