“Microsoft” insanın emosiyalarını tanıyan proqram təqdim edib

16.11.2015 15:23     Sosreaksiya     2245

“Microsoft” şirkətinin yeni “Emotion API” proqramı insanın üz ifadəsinə görə onun emosiyalarını müəyyənləşdirə bilir.

Reaksiya.az AZƏRTAC –a istinadən bildirir ki, proqram insanın emosional vəziyyətini (qəzəb, nifrət, qorxu, sevinc, sakit, qəm və təəccüb) müəyyən edir. Şəkildəki informasiyanı təhlil edən proqram dərhal bir neçə emosiyanı tanıya bilir.

Proqramın demo versiyası internetdə əlçatandır. Yüklənən şəklin həcmi 4 meqabaytdan çox olmamalıdır.

Tərtibatçılar bildirib ki, proqram hələ ki, sınaq rejimində işləyir və məlumatlar həmişə dəqiq olmaya bilər.

Şərhlər