Azərbaycandakı səfirlər Parisdəki terror qurbanlarını anırlar

16.11.2015 15:56     Sosreaksiya     1569

Azərbaycanda akkreditasiyadan keçən səfirlər noyabrın 13-də Parisdə baş vermiş terror aktları qurbanlarının xatirəsini anmaq üçün Fransanın Azərbaycandakı səfirliyinin binasına gəliblər.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, terror qurbanlarını anmaq üçün gələn diplomatlar arasında ABŞ, Böyük Britaniya, İndoneziya, Qazaxıstan, Misirin və İordaniyanın Azərbaycandakı səfirləri, Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri də var.

Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Katolik və Pravoslav kilsələrinin rəhbərləri, yəhudi icmasının sədri Fransa səfirliyinə gələnlər arasındadır.

Diplomatlar Parisdə baş vermiş terror aktlarının qurbanlarını yad etmək üçün Fransa səfirliyində açılan xatirə kitabına ürək sözlərini yazırlar.

Şərhlər