Hamilə qadın ölüb - Şirvanda
17.11.2015 03:31 Sosreaksiya 1780
Şirvanda 9 aylıq hamilə qadın ölüb.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, ölüm faktı gecə saat 2.30 radələrində qeydə alınıb.
Yaşadığı evdə halı pisləşən Şirvan sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Günel Malik qızı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Şirvan şəhər xəstəxanasının növbətçi həkimləri onun xəstəxanaya meyit vəziyyətində daxil olduğunu təsdiq ediblər. Hamilə qadının hansı səbəbdən öldüyünü aydınlaşdırmaq üçün meyit Şirvan şəhər morquna təhvil verilib.
Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər