Nazir vətəndaşları qəbul edəcək
17.11.2015 03:50 Sosreaksiya 1620
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Tərtərdə vətəndaşları qəbul edəcək. Nazirlikdən verilən məlumata görə, qəbul noyabrın 24-ndə saat 10:00-da Tərtər şəhərində yerləşən Gənclər Mərkəzində olacaq.
Qəbulda Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Bərdə şəhəri 12 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlaya (ünvan: Bərdə şəhəri, Qasım Bəy Zakir küçəsi 18, əlaqə telefonları: 050-565-43-55, 050-628-48-52, 020-20-5-44-82) bilərlər.
Şərhlər