"Terrorun nə dini olur, nə də imanı"

17.11.2015 05:11     Sosreaksiya     1467

"Terrorun nə dini olur, nə də imanı. Terrorizm dini öz çirkli məqsədləri üçün istifadə edir".

Reaksiya.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O vurğulayıb ki, öz məqsədləri üçün dindən istifadə edənlər cəzalarını alacaq.

A.Paşazadə Azərbaycanın da terrorla üzləşdiyini xatırladıb: "Oxşar hadisələr Azərbaycanda da baş verib - Xocalıda, 20 yanvarda. İndi isə Livanda və digər ölkələrdə baş verir. Parisdə baş verənlər bu terrorun davamıdır".

Şeyxülislam Parisdə baş verənlərə görə başsağlığı vermək üçün bu gün Fransanın Bakıdakı səfirliyinə bütün dinlərin nümayəndələrinin gəldiyini xatırladaraq, Azərbaycanın bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu deyib.

Şərhlər