Bu ərazidə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
17.11.2015 17:43 Sosreaksiya 1761
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kollektorundan Ceyranbatan-Binəqədi magistral su kəmərinə birləşmənin verilməsi ilə əlaqədar 2015-ci il noyabrın 18-dən etibarən gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Reaksiya.az azərtac-a istinadən xəbər verir ki,“Azərsu” ASC-dən bildirilib ki, məhdudiyyətlər Nərimanov rayonunun Ə.Rəcəbli, A.Neymətulla, Y.V.Çəmənzəminli, F.Xoyski, F.Yusifov küçələrinin bir hissəsində olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Şərhlər