Nazir İranın Gilan əyalətinin nümayəndə heyəti ilə görüşüb
18.11.2015 01:13 Sosreaksiya 1654
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı K. Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İranın müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan ətraflı bəhs edib.
O, iki dost ölkənin nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini də qeyd edib.
İran nümayəndə heyətinin rəhbəri, Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi isə səmimi görüşə görə təşəkkürünü bildirib, başçılıq etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb. Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə geniş müzakirə aparılıb.
Şərhlər