Təmas xəttində növbəti monitorinq keçiriləcək

18.11.2015 10:52     Sosreaksiya     1581

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinqi  Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Svedberq və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik-leytenant Den Harvey keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.

 

Şərhlər