Kişi ov tüfəngi ilə özünü öldürdü - Xaçmazda

18.11.2015 11:12     Sosreaksiya     2213

Bu gün səhər saatlarında Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kiçikbaraxun kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Arzumanov Elçin Oqtay oğlu ov tüfəngi ilə özünü öldürüb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Şərhlər

Çox oxunanlar