Canavarlar Qam-Qama hücum etdi

23.06.2015 11:50     Sosreaksiya     1966

Quba rayonunun Qam-Qam kəndinə canavarlar hücum edib. Bu barədə kənd sakinləri ANS PRESS-in bölgə müxbirinə məlumat veriblər. Sakinlərin sözlərinə görə, iyunun 21-də canavarlar kəndə girib. Onlar bir neçə qoyunu, dana və atı parçalayıblar.

Kənd sakini Rüstəm Rəhimovun sözlərinə görə, canavarlar ən çox ona ziyan vurublar. Vəhşilər onun 5 heyvanını boğub, birini də yaralayıblar.

Məsələ ilə əlaqədar Quba rayon Baytarlıq İdarəsinin rəis əvəzi Nadir Becanovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, bu barədə idarəyə müraciət daxil olan kimi hadisə yerinə mütəxəsssilər cəlb olunublar.

"Təcili profilaktik tədbirlər görülüb. Quduzluq əleyhinə dərmanlar vurulub. Heyvanların leşləri basdırılıb. Çünki bu məsələdə bir az yubanma olarsa, quduzluq yayıla bilər. Bu insanlara da keçər. Belə məsələlərdə qətiyyən yubanmaq olmaz".

Qeyd edək ki, ötən ay analoji hadisə rayonun Amsar kəndində də baş vermişdi. Həmin vaxt gecə saatlarıdna canavarlar kəndə hücum edərək çoxlu sayda heyvanları boğmuşdu.

Şərhlər

Çox oxunanlar