Azərbaycan rus təyyarəsini geri qaytardı

18.11.2015 12:10     Sosreaksiya     1641

Azərbaycan Rusiyanın Hərbi Kosmik Qüvvələrinə məxsus ağır nəqliyyat təyyarəsi olan An-124 "Ruslan" təyyarəsini öz hava məkanına buraxmayıb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, "voskanapat.info" bu haqda xəbər yayıb. Bildirilib ki, təyyarə Ermənistandakı Gümrü aerodromundan havaya qalxıb.

"Böyük ehtimalla, Rusiyaya uçurmuş. Lakin havaya qalxandan bir müddət sonra Azərbaycan onu öz hava məkanına buraxmadığı üçün geri qayıtmalı olub", - deyə həmin məlumatda bildirilib.

Bu haqda xəbər yayın daha bir aviasiya bloqunda radiodanışıqların səs yazısı da təqdim edilib. Həmin səs yazısında təyyarənin pilotu ilə Gümrü aerodromundakı dispetçerin danışığı qeydə alınıb.

Təyyarənin pilotu məruzə edərkən bildirib:

"Uçuş aerodromuna qayıdıram. Azərbaycanın hərbi sektoru zonaya daxil olmağı qadağan etdi".

Şərhlər