Erməni tərəfinin videoçəkiliş aparmasının qarşısı alındı

18.11.2015 14:45     Sosreaksiya     1592

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası erməni hərbçinin təhvil verilməsi barədə məlumat yayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, komissiyadan verilən məlumata görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 22 mart 2015-ci il tarixdə könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş erməni hərbçi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi 18 noyabr 2015-ci il tarixdə azad edərək qarşı tərəfə qaytarıb.

Humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, erməni tərəfindən prosesdə iştirak edən şəxslərin videoçəkiliş apardığı aşkar edilib. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət edib və videoçəkilişin aparılmasının qarşısı alınıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Şərhlər