Ramil Səfərovla İlham Zəkiyev bir arada - FOTOLAR

18.11.2015 14:58     Sosreaksiya     1773

"Milli Dirçəliş günü” münasibətilə Azərbaycan Kikboksinq Federasiyası (AKF) və “Müəllim sözü” qəzeti tərəfindən dəyirmi masa təşkil olunub.

Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə AKF-nin prezidenti Adil Əliyev açıb. Daha sonra professor Firudun Cəlilov çıxış edərək iştirakçılara dirçəliş günü haqqında məlumat verib.

Daha sonra xalq artistləri – Alim Qasımov, Zaur Rzayev, Ağadadaş Ağayev, Aftandil İsrafilov, Ombudsman aparatının mətbuat katibi Zemfira Məhərrəmli, Olimpiya çempionu İlham Zəkiyev, Ramil Səfərov, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Kredo” qəzetinin baş redaktoru şair Əli Xələfli, AYB-nin mətbuat katibi, şair Xəyal Rza, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Elnur Eltürk, şair Pünhan İsmayıl və digər qonaqlar çıxış edib.

Tədbirdə millət vəkili Adil Əliyevə “Milli Dirçəliş günü” ərəfəsində “Ziyalı” fəxri-media diplomu təqdim edilib.

Ramil Səfərovla İlham Zəkiyev bir arada  -  Fotolar

Ramil Səfərovla İlham Zəkiyev bir arada  -  Fotolar

Şərhlər