Neft ağalığından ətraf mühitin qorunmasına

18.11.2015 15:54     Sosreaksiya     2130

Sərvətləri neftə əsaslanan və ABŞ-ın ən zəngin ailələrindən Rokfellerin ekologiya sahəsinə yönəlməklə bağlı qərarı ictimaiyyətdə geniş əks-səda yaratmışdı. Rokfeller Fondunn prezidenti Stepan Heintz necə iqlim qoruyucusu olduqlarını Deutsche Welləyə danışıb.

 

Neft ticarətindən 860 milyon dollarlıq sərvəti olan Rockefeller fondunun prezidenti Stepan Heintz Almaniyanın “Deutsche Welle” saytına qalıntı enerji sektorundakı səhmlərini niyə əldən çıxardıqları ilə bağlı verdiyi açıqlamada bunları deyib:

"Neft dövrünün sonunu sürətləndirmək arzusundayıq. Qalıntı enerji xammallarının işlənməsindən qopub planetimizi xilas etmək üçün təmiz və bərpa olunan enerjilərə keçmə dövrü çoxdan gəlib çatıb. Kömür və neft sferasından çəkiləcəyimizi bildirməyimiz dünya səviyyəsində maraq oyandırdı. Çünki Rokfellerlərin sərvətini bu xammallardan qazanmışdı və indi qalıntı enerji ilə mübarizənin liderliyini öz boynuna götürür".

Rockfeller Fondunun prezidenti Heintz qalıq enerjidən çıxışı sürətləndirib iqlim dəyişikliyinə diqqət çəkərək tarixi bir çevrilməyə liderlik edə biləcəklərini düşünür. Heintz Parisdəki iqlim zirvə toplantısına kimi təşkilati investorun kömür, neft və təbii qaz sahələrindən 2,5 trilyonluq sərmayəsini çəkəcəyini və kömürün istilik sistemlərində istifadə olunmasının qadağan edilməsini dəstəkləyəcəklərini ifadə edib.

Rokfeller qardaşları Fondunun sədri həmçinin açıqlamasında bildirib ki, yaxın 20 -30 il ərzində neft dövrü bağlanacaq: "Qarşımızda rəqabət halındakı iki kritik qırılma nöqtəsi var. Biri iqlimin tipping nöqtəsidir. Bu nöqtəyə çatacağımız təqdirdə iqlim bir daha düzəlməyəcək və bəşəriyyət bunun faciəvi nəticələri qarşısında çarəsiz qalacaq. Digəri isə yaşıl turizmin və kən təsərrüfatının qızıl nöqtəsidir. Bu dönəmə daha əvvəl çatmaq məcburiyyətindəyik. Zamanla yarışırıq. Yaşılın qırılma nöqtəsinə bir an əvvəl nail olmaq üçün əlimizdən gələni etməliyik. Artıq neft müharibələrinin yerini iqlim müharibələri alır".

Şərhlər