Ömürlük məhbus həbsxanada öldü - Qobustanda
18.11.2015 17:55 Sosreaksiya 1738
Azərbaycanda həbsxanada ölüm hadisəsi qeydə alınıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hüquq müdafiəçisi Eldar Zeynalov bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş Atakişiyev Şəyavuş Mehdi oğlu ölüb.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya açıqlamasında faktı təsdiq edib. O, S. Atakişiyevin vəziyyətinin qəflətən pisləşdiyini bildirib:
“Məhbus ürək xəstəliyindən əziyyət çəkirdi. Dəfələrlə müalicə müəssisəsində müalicə olunub. Noyabrın 15-də axşam saatlarında saxlanıldığı kamerada vəziyyəti pisləşib və dünyasını dəyişib”.
Qeyd edək ki, S. Atakişiyevin barəsində 1992-ci ildə ölüm hökmü çıxarılıb. Lakin 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bundan sonra onun barəsində olan cəza ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.
Şərhlər