Gəncədə əmək yarmarkası keçirilib
19.11.2015 00:11 Sosreaksiya 1569
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə əmək yarmarkası keçirib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə iş axtaranlar üçün şəhərin 36 dövlət müəssisəsi tərəfindən 229, 20 özəl qurum tərəfindən isə 147 iş yeri təklif olunub. Onlardan 113-ü fəhlə, 125-i qulluqçu və 138-i isə xidmət sahələrini əhatə edib.
Sənaye, nəqliyyat, tikinti, təhsil, səhiyyə və digər sahələri əhatə edən peşələr üzrə əməkhaqqı 143-717 manat arasında dəyişir. Təqdim olunan 10 iş yeri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulub.
Gəncə məşğulluq mərkəzindən verilən məlumata görə, əmək yarmarkasına 1000 nəfərə yaxın işsiz və işaxtaran müraciət edib.
Şərhlər