Dövlət müəssisəsinin həyətində asılmış kişi meyiti tapıldı

19.11.2015 10:39     Sosreaksiya     1754

Zaqatala rayon Mənzil Kommunal Təsərrüfat Birliyində intihar hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Zaqatala şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları işə gələrkən idarənin həyətində asılmış kişi meyiti aşkar ediblər. Dərhal hadisə barədə polis və prokurorluq əməkdaşlarına məlumat verilib.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik intihar edən şəxsin kimliyi məlum deyil.

Onun kimliyinin və hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər