İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tutuldu - Rusiyada
19.11.2015 11:30 Sosreaksiya 1869
Kollecdə təhsil alan azərbaycanlının yazışmaları ortaya çıxıb.
Rusiyada İŞİD terror təşkilatına qoşulmaq istəyən iki nəfər saxlanılıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, saxlanılanlardan biri azərbaycanlıdır.
Onları Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsi yaxalaya bilib.
"Əli" adlandırılan Azərbaycan vətəndaşı adıçəkilən şəhərdəki kolleclərdən birinin tələbəsidir. O, İŞİD terror təşkilatı ilə danışıqları özünün sosial şəbəkədəki səhifəsi vasitəsilə aparıb.
İlk dəfə o Suriyaya getmək planları barədə bu ilin aprel ayında dostları ilə yazışmasında məlumat verib. O, tez-tez Suriyada baş verənləri yoldaşları ilə müzakirə edib. Bu fikrin azərbaycanlı gəncdə İslam dini, internetdə Suriyadakı vəziyyət haqqında materialları müntəzəm olaraq izlədikdən sonra meydana gəldiyi qeyd olunub.
O, hətta özünün "VK" şəbəkəsində səhifə də yaradıb. Səhifədə dini materialar yerləşdirilib. Daha sonra burada ekstrimist, terrorçuların videomaterialları da yerləşdiirlməyə başlanılıb.
O, yazışmalarında dəfələrlə döyüşmək üçün Suriya ərazisinə getmək istədiyini bildirib.
Azərbaycanalı gəncin internetdə yazışmaları
Polis tərəfindən saxlanılan gənc əməlindən peşman olduğunu, bunun onun təcrübəsizliyi və gəncliyindən irəli gəldiyini bildirib. O, deyib ki, İŞİD-ın fəaliyyətini onların rəsmi dövlət olduğunu düşündüyü, müsəlmanların azadlığı və haqları uğrunda döyüşdüklərini zənn etdiyi üçün öyrənməyə başlayıb.
Hazırda azərbaycanlı gənc kollecdə təhsilini davam etdirir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsinin rəsmi xəbərdarlığından sonra valideynləri tərəfindən azərbaycanlı gənc ciddi nəzarət altındadır.
Digər şəxs isə İslam dinini sonradan qəbul edib və şərti adı "Müslüm"dür. Universitetlərdən birində tələbə olan şəxs də İŞİD terrorçularının sırasına qoşulmaq niyyətində olub.
Şərhlər