Çindən yüksək səviyyəli ağıllı telefon UMI Rome: - Qiyməti sadəcə 90 dollar

19.11.2015 12:04     Sosreaksiya     3883

Çin hər sahədə olduğu kimi ağıllı telefon sektorunda də son zamanlarda ciddi cəhdlə hücuma keçib. Ağıllı telefon istehsalçısı firmalar arasında olan UMİ də bunlarda biridir. Bəs, sadəcə 90 dollara satılacaq olan UMI Rome ağıllı telefonu hansı xüsusiyyətləri sahib olacaq?

Reaksiya.az Çin mətbuatına istinadən xəbər verir ki, “Umi” şirkəti hər nə qədər məşhur bir marka olmasa da, son zamanlarda yaratdığı ağıllı telefonlarla adını məşhurlaşdırmağa başlayıb. Ən son çıxardığı UMI Zero 2 özəllikləri baxımından qiymətləndirildiyində iPhone 6 ilə Galaxy S6 və LG G4 – ün qarışığı sayıla bilər.

“Umi ROME” adlı yeni ağıllı telefonun xüsusiyyətləri isə gələn məlumatlara görə belə olacaq:

5.5-düym 720 x 1280 piksel keyfiyyətli AMOLED ekran

64-bit, səkkiz nüvə MediaTek MT6753 yonqu seti

ARM T-720 GPU

3 GB RAM

16 GB daxili yaddaş

13-MP Sony IMX164 arxa kamera

2-MP ön kamera

Android 5.1 Lollipop əməliyyat sistemi

2,500 mAh batareya

“UMI Rome” xüsusiyyətlərinə baxdığımız zaman bu telefonun orta səviyyəli ağıllı telefon istifadəçiləri üçün olduqca maraqlı və qiymət baxımından olduqca iddialı olacağı görünür. Bu telefonun nə zaman istehsala başlayacağı isə hələ məlum deyil.

Şərhlər