Avtomobil iki nəfəri vuraraq öldürdü - Bakıda

19.11.2015 12:27     Sosreaksiya     1866

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi «Toyota Land Gruiser» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub.

Hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər