Cənubi Koreyanın ən böyük İKT firması İranda

19.11.2015 13:51     Sosreaksiya     2977

İKT sahəsində Cənubi Koreyanın dünya tərəfindən qəbul olunan məşhur firmalarından biri İranda fəaliyyət göstərmək istədiyini bildirib. Reaksiya.az İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, İKT sahəsində dünyanın ən tanınmış əhəmiyyətli firmalarından POSCO dünən verdiyi yazılı bir açıqlamada İran bazarına girmək üçün lazımlı hazırlıq içində olduğunu bildirib.

Bu firma İKT sahəsində fəaliyyət göstərməklə yanaşı, eyni zamanda aeroport sistemlərinin təchizatı sahəsində də fəaliyyət göstərir.

Cənubi Koreya xarici işlər naziri daha əvvəl verdiyi açıqlamada, İran ilə əlaqələri inkişaf etdirmək üçün hər bir təşəbbüsü dəstəkləyəcəklərini bildirmişdi.

Şərhlər