İşğal altında olan Qarabağdan ən son fotolar

19.11.2015 14:29     Sosreaksiya     1787

Azərbaycanın işğal altında olan torpaqlarının son fotoları yayılıb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, fotoları erməni fotobloqer Albert Voskanyan paylaşıb.

O, bu ayın əvvəllərində erməni işğalı altında olan Əsgəran rayonunun Xndrıstan kəndindən olan fotolar paylaşıb. Azərbaycanın əzəli torpaqları olan kənd Qarabağ savaşından sonra xeyli zərər çəksə də, təbiətin bəxş etdiyi gözəlliyi ilə görənləri heyran edir.

Kəndin əsl adı Almalıdır. Bu kənd Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidinə daxildir. Lakin buranın adı 29 dekabr 1992-ci ilə qədər Xndırıstan olub.

1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd, dağətəyi ərazidədir. Azərbaycanın Şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndırıstan (erməni dilində "almalı" deməkdir) qoyublar. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılıb. Lakin işğaldan sonra ermənilər özləri qoyduqları adı bərpa ediblər.

Fotoqraf Əsgaran rayonunda da olub. O, Əsgəranın Padar kəndində payız gözəlliklərini, erməni gənclərin Azərbaycanın torpaqlarında əyləncəsini çəkərək paylaşıb.

1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Naxşıvanik kəndi

Şərhlər