78 yaşlı qadın yandı - Goranboyda

19.11.2015 15:03     Sosreaksiya     1919

Goranboy sakini yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Reaksiya.az APA-ya istinadən xəbər  verir ki, rayonun Xoylu kənd sakini, 1937-ci il təvəllüdlü Ağgül Mehdiyeva yuxarı ətrafın 2-3-cü dərəcəli yanığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə A. Mehdiyeva yaşadığı evdə odun sobasını yandırarkən ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Şərhlər