Heydər Əliyev prospektində qəza: 3 ölü, 2 yaralı - VİDEO
23.06.2015 13:00 Sosreaksiya 2262

Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb.
APA TV-nin məlumatına görə, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə qüvvəsi və polis əməkdaşları gəlib. Avtomobildə sıxışmış vəziyyətdə qalan meyitlər FHN-in əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.
Şərhlər