“Telegram” İŞİD-in təbliğat kanallarını bağlayıb
19.11.2015 17:35 Sosreaksiya 3071
Təhlükəsiz şəkildə şifrəli mesajlaşma və fayl paylaşma xüsusiyyətlərini təmin edən “Telegram” proqramı İŞİD üzvlərinin öz aralarında xəbərləşdiyi və təbliğat apardığı kanalları bağladığını elan edib.
Reaksiya.az xəbər verir ki, daha əvvəl də müzakirə mövzusu olan İŞİD-in “Telegram” kanalları Parisdəki hücumlardan sonra bağlanıb.
Qeyd edək ki, İŞİD – in sosial mediadakı təqibçiləri “Telegram”da ingilis, ərəb, türkcə və fransızca kimi bir çox dildə açdıqları kanallardan anlıq olaraq elan, fotoşəkil və video paylaşırdı.
“Telegram”ın açıqlamasına görə, 12 dildə yayımlanan ümumilikdə 78 İŞİD-in mesajlaşma kanalı silinib. “Telegram” İŞİD hesabı müəyyən edən istifadəçilərinin [email protected] ünvanına mail göndərməsini də istəyib.
Şərhlər