20 noyabr - Ümumdünya Uşaq Günüdür

20.11.2015 10:34     Sosreaksiya     2468

Bu gün Ümumdünya Uşaq günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.

Reaksiya.az xəbər verir ki, Beynəlxalq statistikaya əsasən, 11 milyon uşaq beş yaşına çatmadan ölür, normal böyümək, yaşamaq və inkişaf etmək imkanı olmayan on milyonlarla uşaq fiziki və əqli xəstə olur.

Uşaqlar arasında ölüm hallarının çoxuna qarşısı alınan və ya asanlıqla müalicə olunan xəstəliklər, digərlərinə yoxsulluq, cahillik, ayrı-seçkilik və zorakılıq hallarının ağır nəticələri səbəb olur. Bu səbəblərin hamısı birlikdə ailə, icma və dövlətlərə və bütün dünyaya ağır itkilər gətirir.

Uşaqların həyatına və firavanlığına təhlükə olan qüvvələrə təkcə erkən uşaqlıq dövründə təsadüf olunmur. Onlar getdikcə daha müdafiəsiz olur, çünki çox vaxt hüquqlarından, o cümlədən təhsil, ictimai-siyasi həyatda iştirak etmək, habelə sağlamlığa ziyan vurulması hallarından müdafiə olunmaq hüquqlarından məhrumdurlar.

BMT-nin Uşaq Fondu (UNICEF) doğumdan əvvəlki dövrdən tutmuş gənclik dövrünə qədər uşaq sağlamlığının bütün aspektlərinə dair geniş iş aparır. Fond doğumdan əvvəl və doğum zamanı hamilə qadınların lazımi tibbi müşahidə ilə təmin olunmalarına, yüksək səviyyəli səhiyyənin təmin olunması məsələlərinə dair icmalara məsləhətlər verir.

Şərhlər