Azərbaycanın qaytardığı əsgər Ermənistanda dindirilir - VİDEO
20.11.2015 12:40 Sosreaksiya 1822
2 gün əvvəl Ermənistana təhvil verilən Andranik Qriqoryan ailəsi ilə görüşə bilməyib.
Noyabrın 18-i Azərbaycanın Ermənistana təhvil verdiyi əsgər Adranik Qriqoryan hələ də ailəsi ilə görüşməyib.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Qruqoryanın kürəkəni Armen Arutyunyan deyib ki, əsgəri tibbi yoxlanışdan sonra polisə dindirilməyə aparıblar.
“Bizə onun nə vaxt evə gələcəyi marağlıdır. Dedilər ki, Azərbaycanda qaldığı 8 ay müddətində onunla nələr baş verdiyini polisə danışacağından sonra onu evə buraxacaqlar. Hələ heç birimiz onu görməmişik”, - deyə Arutyunyan bildirib.
Azərbaycana keçən A.Qriqoryan 1991-ci ildə Martuni rayonunda anadan olduğunu demişdi.
"Mən Andranik Araratoviç Qriqoryanam. 22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram", - deyə Andranik öz addımını izah etmişdi.
Əsgərin atası Ararat Qriqoryan erməni KİV-nə müsahibəsində oğlunun hərbi qulluğda problemlərinin olmasını təstiqləmişdi.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda saxlandığı dövr ərzində əsgərə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmiş və ailəsi ilə əlaqə yaradılmasında yardimçı olub.
Azərbaycan tərəfinin qərarından sonra BQXK, neytral vasitəçi qismində öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində noyabrın 18-də əsgərin qaytarılmasının həyata keçirilməsinə yardımçı olub. BQXK-nın məlumatına görə Andranik Qriqoryan Ermənistana geri dönmək arzusunu bildirib.
Şərhlər