Meksikada neft platformasında dəhşətli yanğın

23.06.2015 15:26     Sosreaksiya     1615

Hadisə "Pemeks" şirkətinə aid olan neft platformasında qeydə alınıb.

Meksika körfəzindəki bir neft platformasında yanğın baş verib.

"Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat verir ki, hadisə "Pemeks" şirkətinə aid olan neft platformasında qeydə alınıb. Meksika körfəzinin cənub hissəsində baş verən partlayış nəticəsində neft platforması alışıb. 

Meksika dövlət şirkətinin məlumatına görə, hazırda qəza baş verən ərazidəki yanğının vurduğu ziyan hesablanır. Bildirilir ki, platformada yanğın nəticəsində heç kim zərər çəkməyib. Üç işçi qısa zaman ərzində hadisə baş verən ərazidən təxliyyə edilib. 

Partlayışın "Akal" yatağında baş verdiyi bildirilir.

Şərhlər

Çox oxunanlar