Aytac Babayevanın qatilinə hökm oxundu
20.11.2015 15:27 Sosreaksiya 2003

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.
Şərhlər