Təqaüdçü özünü asdı - Salyanda
20.11.2015 16:01 Sosreaksiya 2081

Hadisənin başvermə səbəbləri araşdırılır.
Salyan rayonunda intihar baş verib. 64 yaşlı kişi özünü asıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Xələc kənd sakini, 1951-ci il təvəllüdlü Davud Tərlan oğlu Səlimov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış vəziyyətdə meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis və prokurorluq əməkdaşları ərazidə olublar. Hadisənin başvermə səbəbləri araşdırılır.
Özünü öldürən şəxs təqaüdçü olub.
Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Dünən də Zaqatalada intihar baş verib. Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi 1964-cü il təvəllüdlü Pənah Şeyyub oğlu Osmanov özünü işlədiyi müəsisənin həyətində asıb. Onun asılmış meyitini birliyin işçiləri səhər işə gələrkən görüblər və dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Şərhlər