Saxlanılan "nurçu"lardan 4-ü azyaşlıdı

20.11.2015 17:44     Sosreaksiya     1702

Noyabrın 19-da axşam saatlarında Bakının Yasamal rayonu ərazisində hüquq-mühafizə orqanları əməkdaşlarının “nurçu” dəstəsinə qarşı keçirdiyi əməliyyatla bağlı yeni faktlar məlum olub.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki,Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, əməliyyat zamanı saxlanılan dəstə üzvləri azyaşlılar olub. Məlumata görə, saxlanılan şəxslərdən 4-ü azyaşlı "tələbə", 1 nəfər isə 19 yaşlı "nurçu müəllim" olub. 19 yaşlı şəxs mənzildə nurçuluqla bağlı xüsusi təlimlər keçirmiş. Bina sakinlərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva prospekti, 75, mənzil 78 ünvanında əməliyyat tədbirləri keçirib və 5 nəfər saxlanılıb.

Əməliyyat keçirilən mənzilin 19 yaşlı müəllim tərəfindən kirayə götürüldüyü bildirilir. Hazırda faktla bağlı tədqiqat aparılır.

Şərhlər