64 yaşlı qadının meyiti tapıldı - Xaçmazda

20.11.2015 17:51     Sosreaksiya     1837

Xaçmazın Şollar qəsəbəsində 64 yaşlı Güləbatın Məmmədovanın meyiti tapılıb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, ailə üzvləri onun hamamdan vaxtında çıxmadığını gördükdə qapını açıblar və o zaman orada onun meyitini görüblər.

Hadisə yerinə Xudat şəhərindən təcili yardım çağrılsa da həkimlər gələndə o artıq ölmüş olub. Xaçmaz prokurorluğundan aldığımız məlumata görə, dünyasını dəyişən qadın qan təzyiqinin yüksək olmasından əziyyət çəkirmiş.

Meyit tibbi ekspertiza olunub. Hazırda prokurorluq əməkdaşları onun hansısa xəstəlikdən və ya dəm qazı zəhərlənməsindən öldüyünü araşdırır.

Şərhlər