Azərbaycan və İtaliya gömrükçüləri arasında görüş keçirilib

21.11.2015 01:54     Sosreaksiya     1597

Dövlət Gömrük Komitə­si Gömrük Nəza­rəti­nin Təş­kili Baş İdarəsinin mü­təxəssislərindən ibarət nü­mayəndə heyəti noyab­rın 18-dən İta­liyanın Ro­ma şəhərində işgüzar sə­fərdədir.

Komitədən verilən məlumata görə, səfərdə məqsəd İtaliya Göm­rük Xidmətinin əmək­­daşları ilə “Tranzitin inkişaf yolları” mövzu­sunda müzakirələr apar­maqdır. Bu müzakirələrə avtomobil, hava, dəniz və dəmiryolu ilə daşınan tranzit yüklərin gömrük rəsmiləşdirilməsi və göm­rük nəza­rəti proseslərinin sadələşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata kecirilməsi kimi mə­sə­lələr daxildir. 

Bununla yanaşı, Azərbaycan və İtaliya gömrük­çülərinin danışıq­la­rında sərnişinlər tərəfindən daşı­nan mallar üzrə risklərin təhlili əsa­sında gömrük nə­zarətinin optimallaşdırılması və “yaşıl kanal” bura­xı­lış sisteminin tətbiqi imkanlarının daha da artırıl­ması istiqa­mətində məsələlər nəzərdən keçirilir.

Şərhlər