Qadın evində ölü tapıldı

21.11.2015 03:17     Sosreaksiya     1852

Şamaxıda mənzildən 66 qadının meyiti tapılıb.

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açıb və 1949-cu il təvəllüdlü Siracəddinova Mahirə Abdulla qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər