Bakıda iftar süfrələri təşkil olunur

23.06.2015 15:59     Sosreaksiya     2486

Ramazan birlik və bərabərlik rəmzi kimi bütün müsəlman aləmində bayram abu-havasında qeyd edilir

Peyğəmbərimiz hədislərindən birində buyurub - Oruc tutanın iki sevinci var: biri iftarını açdığı vaxt, digəri Allaha qovuşduğu vaxt. 

"Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat ki , 11 ayın sultanı olan Ramazan birlik və bərabərlik rəmzi kimi bütün müsəlman aləmində bayram abu-havasında qeyd edilir. Paytaxt Bakının bir çox ərazilərində, restoran və iayişə obyektlərində iftar süfrələrinə rast gəlmək olar. Belə məkanlardan birində 150-dən çox insan üçün iftar sürfəsi açılıb. 

Yaşından, imkanından asılı olmayaraq qəlbində Tanrı sevgisi olan hər bir şəxs ehsan süfərində öz orucunu açırdı. İmsaq vaxtı Şam namazına təsadüf etdiyindən insanlar növbəti şəkildə öz ibadətlərini etməyi unutmadılar.

Hacı Şahinin sözlərinə görə, iftar süfrəsi açanın savabı daha çoxdur. Çünki, insanlar süfrə arxasında onu təşkil edənə çoxlu dualar oxuyurlar. 

Builki Ramazan həm də ölkəmzdə keçirilən İlk Avropa Oyunları ilə eyni vaxta təsadüf etdiyindən oruc tutan şəxslər televiziya vasitəsi ilə idmançılarımızın çıxışlarını da seyr edirdilər. Hətta onların qələbəsi üçün öz dualarını əsirgəmirlər.

Dinimizdə iftar verən hər kəsin savabı elə oruc tutanın savabına bərabər tutulur. Bundan əlavə Ramazan din və yaşayiş bərabərliyini təbliğ edən müqəddəs bir missiyanıda yerinə yetirir.

Ətrafımızda kifayət qədər ehtiyac içində yaşayan insanlar var. Buna nəzər salsaq görərik ki, savab qazanmaq üçün yer və zaman tapmaq heç də çətin deyil. Əsas olan isə istəyin və niyyətin düz olmasıdır. Onun bəxşişini isə Ulu Tanrı verəcək!

Şərhlər

Çox oxunanlar