Konstitusiya Məhkəməsində keçiriləcək iclasın vaxtı məlum olub

22.11.2015 00:51     Sosreaksiya     1532

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar keçiriləcək iclasın vaxtı məlum olub.

Məhkəmədən verilən məlumata görə, iclas noyabrın 24-də keçiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. 

 

Şərhlər