Universitet yataqxanasında yanğın baş verib

22.11.2015 01:19     Sosreaksiya     2004

Bakıda yanğın hadisəsi qeydə alınıb. Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus Bakı Dövlət Universitetinin 8 saylı 9 mərtəbəli yataqxana binasında baş verib. Nəticədə,  binanın 6-cı mərtəbəsində dəhlizə yığılmış taxta materialları 45 kv.m sahədə, dəhlizin və digər 2 otağın giriş qapısı yanıb. Otaqlar və binanın qalan hissəsi yanğından mühafizə olunub.  

Şərhlər