Sabah hava necə olacaq?
22.11.2015 15:07 Sosreaksiya 1808

Sabah Bakı və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində isə hava əsasən yağmursuz keçəcək. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şərhlər