Zərdabda ev yandı - xəsarət alan var

23.11.2015 09:16     Sosreaksiya     2128

Bu gecə Zərdab rayonunda yanğın baş verib.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qoruqbağı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli, 1 otaqlı evdə yataq dəsti və geyim əşyası yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər