İŞİD oruc tutmayanları çarmıxa çəkdi

23.06.2015 16:48     Sosreaksiya     2023

Hüquq müdafiəçiləri bildirir ki, həddi-buluğa çatmamış uşaqlar Mayadin şəhərində öldürülüblər.

Suriyada İŞİD terror təşkilatı iki uşağı çarmıxa çəkib. "Reaksiya.az"ANS PRESS-ə istinadən məlumat verir ki , uşaqlar Ramazan qaydalarına riayət etmədikləri və oruc tutmadıqları üçün edam ediliblər. Hüquq müdafiəçiləri bildirir ki, həddi-buluğa çatmamış uşaqlar Mayadin şəhərində öldürülüblər.

Uşaqların boyununa lövhəcik asılıb və orada qeyd edilib ki, onlar nə üçün edam olunurlar. Ehtimal olunur ki, uşaqlar oruc tutulan vaxtı yemək yedikləri üçün cəzalandırılıb. 

Qeyd edək ki, bu ilin fevral ayında BMT oğlanların kütləvi edamı haqqında məlumat yayıb. Orada bildirilirdi ki, uşaqların başlarını kəsiblər və dəfn ediblər. 

İslamda balaca uşaqlara, hamilə qadınlara, yaşlı və ya xəstə insanlara oruc məcburi deyil. İŞİD-in bu addımı İslam dinin buyurduğu qaydaların tam əksidir.

Şərhlər

Çox oxunanlar